Rusiya prezidenti Vladimir Putin dünyada qeyri-sabitliyin artdığını və müxtəlif regionlarda yeni gərginlik ocaqlarının yarandığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Rusiya lideri bunu mayın 24-də təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin 11-ci Beynəlxalq Görüşünün iştirakçılarına videomüraciətində bildirib.

“Biz görürük ki, hazırkı beynəlxalq vəziyyət artan qeyri-sabitlik ilə xarakterizə olunur”, - Putin bildirib.

O qeyd edib ki, bir sıra regionlarda köhnələr genişlənir və yeni gərginlik mərkəzləri yaranır, münaqişələrin mənfi yükü yığılır, bəzi ölkələrin xalqları kənardan təşkil edilən çevrilişlərin dramatik nəticələri ilə üzləşir.

Prezident bunu bir sıra ölkələrin digər dövlətlərin milli maraqlarına, suverenliyinə, adət-ənənələrinə tamamilə məhəl qoymayaraq, öz hökmranlığını saxlamaq, öz qaydalarını tətbiq etmək istəyi ilə əlaqələndirib.

Putin vurğulayıb ki, Rusiya dünyada sabitliyin möhkəmləndirilməsi və vahid bölünməz təhlükəsizlik sisteminin qurulması şəklində bu dağıdıcı kursun real alternativinin olduğunu görür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA