Məlum olduğu kimi, Ukraynanın diversiya qruplarının 22 may tarixində Belqorod vilayətinə daxil olmasından sonra burada kəskin döyüşlər başlayıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, döyüşlərlə əlaqədar yerli sakinlər ərazidən təxliyyə ediliblər. Bundan sonra isə Rusiya qüvvələri və Ukrayna diversiya qrupları arasında kəskin döyüşlər başlayıb. Məlumata əsasən, ötən gün Rusiya qüvvələri diversantları sıxışdıraraq vilayətdən çıxara biliblər. Rusiyanın Belqorod vilayətində Ukraynanın kəşfiyyat qrupu olduğu bildirilən qrupların zərərsizləşdirildiyini əks etdirən görüntülər yayılıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev hadisəyə münasibət bildirib. O deyib ki, Belqorod vilayətinə daxil olan ukraynalı diversantları əsir götürmək olmaz, bu zalımları siçovul kimi məhv etmək lazımdır. Ukrayna tərəfində vuruşan “Rus Könüllülər Korpusu”nun və “Rusiyaya azadlıq” legionunun döyüşçüləri bildiriblər ki, Belqorod vilayətində keçirilən əməliyyatın məqsədi Rusiyanın Ukrayna ilə sərhədində demilitarizasiya zonası yaratmaq, Vladimir Putinin rəhbəri olduğu rejimin təhlükəsizlik qüvvələrini məhv etmək və bu ölkədə diktaturaya müqavimət imkanlarını nümayiş etdirməkdir.

 Legion qarşıya qoyulan məqsədlərə uğurla nail olunduğunu iddia edib. Döyüşçülər Rusiya ordusuna məxsus bir neçə hərbi texnikanın ələ keçirildiyini və 150-dək rus hərbçisinin məhv edildiyini bildiriblər.

Ağır döyüşlər hazırda da davam edir. Ruslar Belqorodda həyəcan içindədir... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA