NATO-nun əsas prioritetlərindən biri Moldova və onun dayanıqlığını gücləndirməkdir.

Tezadlar.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibinin müavini Mirça Coana Lüksemburqda Alyansın Parlament Assambleyasında çıxışından bir parçanı Facebook-da dərc edib.

“Moldova, Gürcüstan və Bosniya [və Herzenovina] ilə birlikdə, dediyim kimi, NATO üçün də əsas prioritetdir. Təbii ki, biz Moldovanın neytrallığına hörmət edirik, konstitusiyaya görə, ona tam hörmətlə yanaşırıq”, - Coana bildirib.

Onun sözlərinə görə, respublika NATO və Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Baş katibin müavini bu ölkələrə dəstək verilməsinin vacibliyini də vurğulayıb. Coana Moldova Prezidenti Maia Sandu tərəfindən Kişinyovda Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsini alqışlayıb.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, alyans Moldova hakimiyyətinin NATO-yönlü ambisiyalarını gücləndirir. Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin liderləri getdikcə daha çox “Moldovaya sanki başqa Ukraynanın roluna baxırlar”. Qaluzin hesab edir ki, onlar hərbi-texniki sahədə əməkdaşlığa hazır olduqlarından danışdıqları üçün Kişinyovdakı hazırkı hökumətin “NATO-yönlü ambisiyalarını qidalandırırlar”.

E.ŞİRİNOV