Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, həmçinin əlavə edib ki, Ermənistan artıq nəqliyyat və iqtisadi dəhlizləri, eləcə də digər regional kommunikasiyaları blokdan çıxarmağa hazırdır.

Bunu Azərbaycan prezidenti İlham Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, artıq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur.

Məlumata görə, N.Paşinyan və İ.Əliyev Rusiya prezidenti Vladimir Putinlə üçtərəfli görüş üçün Moskvaya gəliblər.

E.ŞİRİNOV