12 may 2023-cü il cümə günü ABŞ-ın Minnesota ştatının Burnsville şəhərinin sakinləri nəcis “yağışından” şikayət ediblər.

Tezadlar.az bu barədə “CBS News”-ə istinadən xəbər verir.

İnsanlar göydən üzərlərinə mayenin yağdığını və bunun kanalizasiyanın içindəkilərə bənzədiyini və iyinin gəldiyini bildiriblər. Belə yağıntının haradan gəldiyi dəqiq bilinməsə də, “yağış” tez keçib. Amerika şəhərciyinin bəzi sakinləri məsələnin şəhərin üzərindən eniş etməyə başlayan təyyarələrdə olduğunu düşünürlər.

Karisa Braun avtomobilində qəhvə içmək üçün növbəyə dayanarkən, nəcis kimi görünən kiçik damlalar onun maşınına düşməyə başlayıb.

Braun hesab edib ki, nəcis axını havada quru şkaf konteynerini boşaldan uçan təyyarənin nasazlığının nəticəsi ola bilər.

Hadisə ilə bağlı xəbər konqresmen Anji Kreyq-ə çatıb və o, Federal Aviasiya Administrasiyasına rəsmi sorğu göndərib. Kreyq bu barədə Twitter hesabında yazıb: “Bu həftə mənə pis xəbərlər çatdı... Burnsvilledəki seçicilərimin maşınlarına yağan “nəcis yağışı” haqqında danışarkən. Yerlilərin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün həqiqətə çatacağam”.

Bundan əvvəl ABŞ-ın Florida ştatının cənubunda kərtənkələrin "yağış"ı barədə məlumat verilmişdi. Yerli sakinlər yerdə huşsuz vəziyyətdə uzanmış onlarla iri kərtənkələ tapıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA