Rusiya ilə Ukrayna arasında barışıq qəbuledilməzdir, çünki bu, Kiyevin şərtləri ilə ədalətli sülhə deyil, münaqişənin dondurulmasına gətirib çıxaracaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “Kölner Stadt-Anzeiger” qəzetinə verdiyi müsahibədə deyib.

“Rusiya başa düşməlidir ki, biz Rusiya ilə Ukrayna arasında yeni sərhədin təqribən cəbhə xətti boyunca keçəcəyi bir növ “soyuq sülh”ün bağlanmasından danışa bilmərik”, - deyə kansler əlavə edib ki, Kiyev arzu olunanı müəyyən etməlidir.

Bundan əvvəl Şolts Rusiya prezidenti Vladimir Putinlə yenidən telefon danışığı etmək qərarına gəldiyini bildirib. Siyasətçinin sözlərinə görə, son söhbətdən xeyli vaxt keçib.

"Mən lazımi vaxtda Putinlə yenidən danışmaq niyyətindəyəm", - kansler deyib.

Mart ayında Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə mütəmadi olaraq danışdığını bildirib. Onun sözlərinə görə, bu, bəzən saat yarıma qədər davam edən uzun söhbətlər olub. "Bəzən alman dilində, bəzən tərcümə ilə", - Almaniya hökumətinin başçısı deyib. Şolts, həmçinin qeyd edib ki, söhbətlər zamanı tərəflər nəzakətli tona riayət ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA