Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Cənubi Karolina ştatının respublikaçı senatoru Lindsi Qremlə görüşüb.

Tezadlar.az bildirir ki, bu barədə ukraynalı başçı öz Telegram kanalında məlumat verib.

Zelenski yazıb: “Mənim ABŞ senatoru Lindsi Qremlə görüşüm olub”.

O, görüşə görə amerikalıya təşəkkür edib: “Bu, möhkəm mövqe və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfədir”.

Zelenski həmçinin, “bütün Amerika cəmiyyətinə, ABŞ prezidenti Co Baydenə və Konqresə ölkəyə güclü dəstəyə görə” təşəkkürünü bildirib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Vaşinqton ölkə büdcəsindən müdafiə ehtiyacları üçün 858 milyard dollar və Ukraynaya yardım üçün daha 45 milyard dollar ayrılmasını təsdiqləyib.

E.ŞİRİNOV