Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.

Belə ki, rayon sakini Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb. Xəstəxanaya yerləşdirdilən A.Ələsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.