booked.netbooked.net booked.net  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə mayın 29-da telefon danışığı planlaşdırılır.

Tezadlar.az “A Haber” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

“Cənab Prezident çox gərgin iş dövrünə başlayıb. Bu axşam Baydenlə telefon danışığı planlaşdırılır”, - deyə o bildirib.

Bundan əlavə, Kalın Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığını açıqlayıb.

Bundan əvvəl Türkiyə Seçki Komissiyası hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərin ikinci turunda qalib gəldiyini rəsmən elan edib.

Ali Seçki Komissiyasının məlumatına görə, seçicilərin 52,14 nəfəri Ərdoğana, 47,86 faizi isə onun rəqibi Kamal Kılıçdaroğluna səs verib. İki namizəd arasında 2 milyon 153 min 473 səs fərqi yaranıb.

Bundan əvvəl iqtisadçı ekspert Aleksandr Razuvaev NEWS.ru-ya müsahibəsində Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin artacağını proqnozlaşdırmışdı. Bundan əlavə, həmsöhbətin sözlərinə görə, tərəflər bütün layihələri həyata keçirirlər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN