Tailandın Phuket adasında rusiyalı turist otelin eyvanından yıxılaraq ölüb. Rusiyanın Phuketdəki baş konsulu Vladimir Sosnov TASS müxbirinə “Rusiyalının ölümü faktını” təsdiqləyib.

Onun sözlərinə görə, “Baş Konsulluq müəyyən olunmuş qaydada meyitin repatriasiyası ilə məşğul olacaq”.

“Phuket News” portalının məlumatına görə, 43 yaşlı Moskva sakininin ölümü ilə bağlı məlumat bir gün əvvəl polisə daxil olub. Hadisə yerinə gələn polis adadakı otellərdən birinin eyvanının altında bir rus meyiti tapıb. Meyitin müayinəsi zamanı şübhəli xəsarətlər aşkar olunmayıb, həmçinin rusiyalının otağında zorakılıqla ölümə işarə edən heç bir dəlil olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun 39 yaşlı arvadı və otel işçiləri ilə söhbət etdikdən sonra məlum olub ki, kişinin içki içməsi ərəfəsində cütlüyün uzun müddət mübahisəsi olub.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA