Gürcüstan Avropa İttifaqının (Aİ) təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək, - respublikanın hakim "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze bildirib.

Tezadlar.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

“Sanksiyalarla bağlı mövqeyimiz dəyişməz olaraq qalır: biz Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmirik”, - o, parlamentin iclasında deyib.

Hakim partiyanın rəhbəri bir gün əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri ilə keçirdiyi görüşdə Aİ səfirlərinin motivasiyasını da açıqlayıb.

“Bu demarşla onlar praktiki olaraq bizdən Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi tələb etdilər”, - Kobaxidze bildirib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, ölkə hökuməti Rusiyanın ölkələr arasında birbaşa aviareysləri bərpa etmək qərarını dəstəkləyir. Daha sonra Aİ-nin Respublikadakı səfiri Pavel Qerçinski ölkələr arasında hava nəqliyyatının bərpasından təəssüfləndiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA