Ukraynanın hər yerində elektrik enerjisi kəsilməyə başlayıb.

Tezadlar.az bildirir ki, bu barədə mayın 30-da Ukraynanın DTEK enerji holdinqinin mətbuat xidmətindən məlumat verilib.

Mayın 30-u saat 13:28-dən etibarən enerji infrastrukturunda avtomatlaşdırmanın işləməsi ilə əlaqədar bütün ölkə ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Kirovoqrad vilayəti administrasiyasının rəhbəri Andrey Raykoviç də elektrik enerjisinin olmaması barədə məlumat verib. TASS xəbər verir ki, onun sözlərinə görə, buna səbəb elektrik təchizatı şəbəkəsindəki nasazlıqdır.

Mayın 29-da Kiyev və Kiyev vilayətində sutka ərzində üçüncü dəfə hava xəbərdarlığı elan edilib. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, xəbərdarlıq Bakı vaxtı ilə saat 17:53-də, iki dəqiqə sonra isə Ukrayna paytaxtının özündə qüvvəyə minib.

Ukraynanın “Klymenko Time” nəşri mayın 29-da səhər saatlarında Kiyevdə güclü partlayışın baş verdiyini yazıb. Qeyd edilib ki, "Juliany hava limanından tüstü göründü".

Rusiya hərbi müxbirləri Rusiya Silahlı Qüvvələrinin Kiyevə hipersəs və ballistik raketlərlə hücum etdiyini bildiriblər.

Ukrayna münaqişəsinin köklü səbəbi ABŞ-ın Avropada NATO və Amerika hərbi bazalarının genişləndirilməsi ilə bağlı Rusiyanın narahatlığını nəzərə almaq istəməməsidir. Bunu “Veçernaya Moskva”ya politoloq Pavel Şipilin deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA