Ermənistanın nazı ilə oynadıqca bu ölkənin hərbi-siyasi komandanlığı sözün əsl mənasında qudurur...

Bu qondarma ölkənin hərbi komandanlığının təxribatları isə davam edir. Tezadlar.az bildirir ki, dünən mayın 30-u saat 11:55-dən saat 16:25-dək Azərbaycan Ordusunun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni quldur silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.

  Azərbaycan Ordusunun bölmələri lazımi cavab tədbirləri görüb, amma erməni silahlı dəstələri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bildirilib ki, Azərbaycan hərbiçiləri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan bu təxribatçı mühəndis işləri dərhal dayandırılıb.

Nə baş verir? Dünya bu bir ovuc terrorçuların nazı ilə hələ çoxmu oynayacaq? Görünür, dəmir yumruğun yenidən işə düşməsi lazımdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA