Prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi və Nazirlər Kabinetinin yeni tərkibinin elanı iyunun 3-də baş tuta bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Ankaradakı mənbə bildirib.

"Biz Ali Seçki Komissiyasının prezident seçkilərinin yekun nəticələrini iyunun 1-də elan edə biləcəyi ehtimalından çıxış edirik. Daha sonra cənab prezident Ərdoğan iyunun 3-də TBMM-də and içəcək. Həmin gün cənab Prezidentin andiçmə mərasimi keçiriləcək. Prezident kompleksində baş tutacaq. Mərasimdən sonra o, Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, andiçmə mərasimindən sonra “Cənab Prezident Ərdoğan yenidən seçildikdən sonra ilk xarici səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edəcəyi gözlənilir”.

Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik çərşənbə axşamı deyib ki, Ərdoğan parlamentdə and içdikdən dərhal sonra yeni Nazirlər Kabinetini elan edə bilər. Hazırkı kabinetdən yalnız bir neçə nazirin yeni hökumətdə qalacağı gözlənilir. Bunlar Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin rəhbərləridir. Çərşənbə günü Ərdoğan hazırkı hökumətin son iclasını keçirəcək. Bakı vaxtilə saat 16:30-da başlayacaq və bir neçə saata qədər davam edəcək. Yerli media bunu idarə rəhbərlərinin yeni adlarının açıqlanmasından əvvəl nazirlərin vida görüşü adlandırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA