London Moskva ilə müharibə aparmır - Böyük Britaniya səfirliyi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatına belə cavab verib.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” diplomatik missiyanın şərhinə istinadən xəbər verir.

Bundan əvvəl Medvedev Tvitter hesabında Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə reaksiya verib. O bildirib ki, Ukraynanın öz sərhədlərindən kənarda “güc layihələndirmək” hüququ var, çünki bu, özünümüdafiəsinin bir hissəsidir. Medvedev qeyd edib ki, London Kiyevin müttəfiqi olmaqla faktiki olaraq Rusiya Federasiyası ilə müharibə vəziyyətindədir və buna görə də Rusiya istənilən Britaniya rəsmisini legitim hərbi hədəf hesab edə bilər.

Səfirlik də öz növbəsində London və Moskva arasında müharibə faktını təkzib edib.

“Böyük Britaniya sülh istəyir. Biz Rusiya hökumətindən bu sülhə nail olmaq üçün qoşunlarını Ukraynadan çıxarmağı xahiş etməyə davam edirik”, - diplomatik nümayəndəlik bildirib.

Jurnalistlər Britaniya səfirliyinin Rusiya paytaxtında fəaliyyətini davam etdirib-etdirmədiyini də soruşublar. Diplomatik nümayəndəlikdən cavab olaraq bildirilib ki, qurum adi rejimdə işləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA