booked.netbooked.net booked.net  

Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye istiqamətində Rusiya müdafiəsini yarmaq cəhdi zamanı 350-yə qədər hərbçini itirib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu müdafiə naziri Sergey Şoyqu bildirib.

Nazir aydınlaşdırıb ki, Zaporojye istiqamətində iki saatlıq döyüş zamanı Kiyev də 30 tank və 11 piyada döyüş maşını itirib.

Məlumata görə, iyunun 8-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində Rusiya müdafiəsini yarıb keçməyə cəhd edib. Hücum 47-ci mexanikləşdirilmiş briqada, 1500 nəfərə qədər insan və 150 ​​zirehli texnika tərəfindən təşkil edilib.

Şoyqunun bildirdiyinə görə, kəşfiyyat düşmən bölmələrini vaxtında aşkar edib, bundan sonra artilleriya, aviasiya və tank əleyhinə silahlardan istifadə etməklə qabaqlayıcı zərbə endirilib. Yalnız son sutkada, 7 iyunda Ukrayna Rusiyanın hesablamalarına görə, minə yaxın döyüşçünü itirib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN