Ağ Evin keçmiş rəhbəri Donald Tramp avqustun 21-də Corciya ştatında 2020-ci il prezident seçkilərinin saxta nəticələrini açıqlamaq niyyətində olduğu brifinqi ləğv edib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçi özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp aydınlaşdırıb ki, onun vəkilləri Corciya ştatında 2020-ci il saxta və oğurlanmış prezident seçkiləri ilə bağlı hesabat təqdim etmək əvəzinə, “rəsmi hüquqi sənədlər şəklində” sübutlara diqqət yetirmək və ABŞ-ın keçmiş prezidentinə qarşı ittihamların rədd edilməsini qərara alıblar.

“Buna görə də artıq mətbuat konfransı tələb olunmur”, - Tramp bildirib.

Bundan əvvəl keçmiş Amerika lideri avqustun 21-də Corciya ştatında prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı “təkzibedilməz hesabat” açıqlamışdı.

Avqustun ortalarında Corciya ştatının böyük jürisi keçmiş prezidentə qarşı 2020-ci il seçkilərinə müdaxilə işində ən azı 20 il həbs cəzası nəzərdə tutan ittihamlar irəli sürdü.

Bir gün əvvəl Tramp onu ömürlük həbs etmək cəhdindən danışmışdı.

 

E.ŞİRİNOV