Vaşinqton Ukraynadakı münaqişənin dalana dirəndiyini etiraf etməkdən imtina edir, əksinə, bunu “metodik irəliləyiş” adlandırır.

Bu barədə çərşənbə axşamı keçirilən brifinqdə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Sualınıza cavabım yox, biz münaqişənin dalana dirəndiyinə inanmırıq”, - deyə Sallivan bir çox ekspertlərin bəyan etdiyi Ukrayna Silahlı Qüvvələrinin ümidsiz vəziyyəti ilə bağlı sual verən jurnalistin sualını cavablandırıb.

"Biz görürük ki, o (Ukrayna) əraziləri metodik, sistemli şəkildə qaytarmağa davam edir", - Ağ Evin sözçüsü əlavə edib. Onun sözlərini TASS agentliyi sitat gətirib.

Eyni zamanda, Ukraynanın əks-hücumunun mənasızlığını Ukrayna Silahlı Qüvvələrinin istefada olan polkovniki Serhiy Qrabski etiraf etdi və o, The Wall Street Journal-a müsahibəsində Kiyevin bu cür əməliyyatları həyata keçirmək üçün nə gücünə, nə də texnikasına malik olduğunu söyləyib.

E.ŞİRİNOV