''İraqla ortaq düşmənimiz olan PKK terror təşkilatının ikitərəfli əlaqələrimizә xәlәl gәtirmәsinә imkan vermәmәliyik. Biz İraqın PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanımasını gözləyirik".

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransındakı çıxışı zamanı bildirib.

''İraqda bizim çox dəyərli dostlarımız var. İraqın ərazi bütövlüyünü və siyasi birliyini qorumaq bizim prioritetlərimizdən biridir. Biz bundan sonra da bu yanaşmanı diqqətlə qoruyacağıq. İraqı strateji hədəflərimizi birlikdə həyata keçirə biləcəyimiz tərəfdaş kimi görürük” , - deyə Hakan Fidan vurğulayıb.

"İnkişaf Yolu" Layihəsinә dә toxunan Hakan Fidan ‘‘Biz bu layihәni güclü şəkildə dəstəkləyirik. Bu strateji addımın İraqı bölgənin nəqliyyat mərkəzinə çevirəcəyini düşünürük. Bu səbəbdən biz bütün region ölkələrini bu layihəni dəstəkləməyə çağırırıq'' mesajını da verib.