ABŞ prezidenti Co Bayden biznesmen Yevgeni Priqojinin təyyarə qəzası kimi faciəvi hadisələrdən danışmamalıdır.

Amerika liderinin müvafiq bəyanatlarını Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov şərh edib.

Bu barədə lenta.ru məlumat yayıb.

“Vaşinqton rəsmilərinin burada baş verənlərlə bağlı çıxışı açıq şəkildə diplomatik normalara etinasızlığın təzahürüdür. Yenə də, mənim fikrimcə, bu xarakterli bəzi faciəli hadisələrdən danışmaq ABŞ prezidentinin işi deyil”, - diplomat bildirib.

E.ŞİRİNOV