Ukrayna Silahlı Qüvvələri yarımadanın inzibati sərhədlərində olarsa, Kiyev Krımla bağlı danışıqlara başlaya bilər.

Bu barədə Respublika Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərini “Spiegel” nəşri yazır.

“Əgər biz Krımın inzibati sərhədlərindəyiksə, düşünürəm ki, Rusiya siyasi cəhətdən yarımadanın ərazisini demilitarizasiya etməyə məcbur edilə bilər”, - deyə Zelenski bildirib.

Bundan əvvəl Zelenski bildirib ki, Ukrayna ordusu müttəfiqlərin köməyi olmadan qalmaq riski səbəbindən hərbi əməliyyatları Rusiya ərazisinə keçirmir.

E.ŞİRİNOV