Ukraynanın UNIAN Teleqram kanalı xəbər verir ki, Belarus və Ukrayna sərhədində dəmir yolu körpüsü partladılıb. Hadisə avqustun 29-da səhər saat 3:30 radələrində “Sloveçno” stansiyasından 800 metr aralıda baş verib.

İlkin məlumatlara görə, yaxınlıqda ildırım çaxması TM-62 tank əleyhinə minaların partlamasına səbəb olub. Yayımlanan kadrlarda həm Belarus istiqamətində, həm də Ukrayna istiqamətində dağılmış dəmir yolu xətti görünür. Körpünün dayaqları da zədələnib.

Bundan əvvəl Polşa, Litva, Latviya və Estoniyanın daxili işlər nazirliklərinin (DİN) rəhbərləri Belarusdan “Vaqner” özəl hərbi şirkətinin respublika ərazisini tərk etməsini tələb ediblər.

E.ŞİRİNOV