İslamabad məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanın cəzasını ləğv edib və onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edək ki, daha öncə Pakistanın sabiq Baş naziri İmran Xan barəsində məhkəmə tərəfindən 3 il həbs cəzası qərarı qəbul edilib.

 Xatırladaq ki, İmran Xan cari il mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Daha sonra isə 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.