Avqustun 23-də təyyarə qəzasında həlak olan “Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinin cənazəsi dünən Porohovski qəbiristanlığına aparılıb...

Tezadlar.az Rusiya KİV-lərinə istinadla bildirir ki, PMC-yə yaxın mənbələrin məlumatına görə, onunla vidalaşma Moskva vaxtı ilə saat 16:00 radələrində dar bir dairədə baş tutub. Əvvəllər PMC-nin qurucusunun Serafimovski və ya Şimal qəbiristanlığında dəfn edilməsi ehtimalı nəzərdən keçirilsə də, ailə və yaxın qohumlar vida mərasimini qapalı formatda keçirmək arzusunu ifadə ediblər. Priqojinin çevrəsi ilə əlaqəsi olan şəxslərdən biri iddia edib ki, vidalaşma yalnız ailənin istəyinə uyğun olaraq qohumlar üçün təşkil olunub. Tədbirdə yalnız Wagner PMC-nin yaradıcısının ən yaxın dostları iştirak ediblər. Priqojinin məzarı üzərində Yevgeni Brodskinin "Natürmort" şeiri qoyulub, bu, dəfn yerindən video və fotoşəkillərdən də görün. Dəfn mərasiminin tarixi və yeri barədə əvvəlcədən məlumat verilməyib.
Tezadlar.az xatırladır ki, Yevgeni Priqojinin olduğu Embraer-135 təyyarəsi Moskvadan Sankt-Peterburqa uçarkən qəzaya uğrayıb. Rəsmi təhqiqat faciənin müxtəlif versiyalarını, o cümlədən pilot xətası, texniki problemlər və xarici faktoru nəzərdən keçirir. Wagner PMC-nin qurucusu ilə birlikdə hava gəmisində daha səkkiz nəfər də olub.

Xarici ekspertlər isə bu faciədə birbaşa rəsmi Kremlin əli olduğunu deyir...

A.Məmmədli