Leninqrad vilayətinin Volxov rayonunun Kolçanovo kəndində ata ehtiyatsızlıq üzündən üç aylıq körpəsini qucağından yerə salaraq onun ölümünə səbəb olub.

Hadisə barədə REN TV-dəki mənbə məlumat verib.

Hadisə avqustun 29-da baş verib.

“Körpə atasının əlindən yıxılıb, vəziyyəti ağır olmaqla xəstəxanaya aparılıb, lakin ölüb”, - mənbə bildirib.

Məlum olub ki, uşağın atasının 21, anasının isə 18 yaşı var. Hər ikisi heç yerdə işləmir.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə ehtiyatsızlıqdan adamın ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb. Adamdan yeri tərk etməmək barədə yazılı öhdəlik götürüblər.

E.ŞİRİNOV