Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla sentyabrın 4-də Soçidə görüşü təsdiqlənib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS Ankaradakı diplomatik departamentdəki mənbəyə istinadən məlumat yayıb.

"Hələlik görüş sentyabrın 4-nə təyin edilib", - mənbə bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə liderlərinin görüşünün dəqiq tarixini yaxın vaxtlarda açıqlayacağına söz vermişdi.

E.ŞİRİNOV