Qara Dəniz Donanmasının (QDD) dəniz aviasiyası Ukrayna Silahlı Qüvvələrinin (USQ) Krım sahillərinə eniş cəhdinin qarşısını alıb.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Qara Dəniz Donanması Qara dənizdə bütün növ kəşfiyyat vasitələri ilə vəziyyətin daimi monitorinqini qurmuşdur. Bu, 29-30 avqust tarixlərində Qara Dəniz Donanmasının dəniz aviasiyasına Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bir dəstəsini terror aktları törətmək üçün Krım sahilinə endirmək cəhdinin qarşısını almağa imkan verdi”, - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, 4 hərbi kater və 50-yə qədər ukraynalı hərbçi dəniz aviasiyası tərəfindən məhv edilib.

E.ŞİRİNOV