Kiyev Rusiya hədəflərinə pilotsuz uçan aparatla hücum etmək üçün növbəti cəhd etdi; PUA Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Oktyabrın 31-də Moskva vaxtı ilə saat 19:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - departamentdən bildirilib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində pilotsuz təyyarələrin Moskva vaxtı ilə saat 11:30 və 13:00 radələrində vurulduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA