BMT-nin baş katibi Stefan Düjarrik brifinq zamanı deyib ki, Birləşmiş Millətlər Təşkilatı insanların kütləvi şəkildə zorla köçürülməsi ideyalarına qarşıdır.

O, İsrailin Qəzza zolağından 2,3 milyon sakinin köçürülməsi planına dair xəbərləri şərh etmək istəyinə belə cavab verib.

"Biz insanların kütləvi şəkildə məcburi köçürülməsinə açıq şəkildə qarşıyıq", - Düjarrik deyib.

Yəhudi dövlətinin kəşfiyyatı tərəfindən bütün qəzzalıları Misirdəki Sinay yarımadasına qovmaq üçün hazırlanmış planın mövcudluğu barədə çərşənbə axşamı “Associated Press” xəbər yayıb. Plan fələstinlilərin yarımadanın şimalındakı çadır şəhərlərə köçürülməsini və daha sonra orada daimi şəhərlərin yaradılmasını və humanitar dəhlizin təşkilini nəzərdə tutur.

Misir hakimiyyəti artıq bu planları şərh edib - Baş nazir Mustafa Madbouli bildirib ki, Qahirə təzyiqlərə boyun əymək və Qəzzadan olan qaçqınları ölkədə yerləşdirmək niyyətində deyil.

Bundan əvvəl Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bildirib ki, İsrail hakimiyyətinin Qəzza zolağının sakinlərini Misirə köçürmək planları beynəlxalq hüquqa ziddir və qanunsuzdur. Onun sözlərinə görə, bu cür məsələlər BMT Təhlükəsizlik Şurasının iki dövlətin yaradılması ilə bağlı xüsusi qətnaməsi ilə həll olunur və bu, həyata keçirilməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA