Boliviya Xarici İşlər Nazirliyi ölkənin İsraillə diplomatik əlaqələrini dayandırdığını bildirib. Səbəb Qəzza zolağında “insanlığa qarşı cinayətlər”dir.

“Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, -“Reuters” agentliyi Boliviyanın xarici işlər naziri Freddi Mamaniyə istinadən xəbər verir.

Bundan əvvəl “Əl-Cəzirə” əməkdaşının məlumatına görə, 19 ailə üzvünün öldüyü məlum olub. Onların hamısı İsrailin Qəzza zolağına endirdiyi aviazərbədən sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Xatırladaq ki, oktyabrın 27-də İsrail ordusunun 20 mindən çox əsgəri Qəzza zolağına daxil olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA