Bəhreyn hakimiyyəti öz səfirini İsraildən geri çağırmaq və bu ölkə ilə iqtisadi əlaqələri dayandırmaq qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə Fars körfəzindəki dövlətin Deputatlar Palatasında müzakirələr aparılıb.

"Deputatlar Palatası İsrailin Bəhreyndəki səfirinin krallığı tərk etdiyini təsdiqləyir. İsraillə iqtisadi əlaqələr də dayandırılıb", - bəyanatda deyilir.

Bəhreynin də İsrailin Manamadakı səfirini geri qaytarmağa qərar verdiyi bildirilir.

Deputatlar Palatası aydınlaşdırıb ki, səfirin geri çağırılması Bəhreynin Yaxın Şərqdəki hazırkı münaqişə ilə bağlı mövqeyinin təsdiqi olub, yəni Fələstin xalqı və onların hüquqlarını dəstəkləməkdir. Bəhreyn paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. Bu, bütün müvafiq beynəlxalq qətnamələrə uyğun olaraq edilməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA