Bu gün səhər tezdən Yunanıstanın Euboea adasında 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə “Associated Press” yazır.

Yerli media torpaq sürüşmələri və binalara ziyan dəydiyini bildirib. Səlahiyyətlilər dağıntıları kiçik adlandırıblar.

“Yeraltı təkanlar ciddi maddi ziyana səbəb olmayıb. Rus Müqəddəs İohann kilsəsinin yaxınlığındakı mağazaların pəncərələri zədələnib", - yerli hakimiyyət orqanları bildirib.

Onlar əlavə ediblər ki, məktəblərdə dərslər dayandırılıb, uşaqlar çölə çıxarılıb. Mantudi şəhər polis idarəsində tavan uçub.

“Protothema” portalı yazır ki, ölənlər barədə məlumat yoxdur.

Səlahiyyətlilər sakinlərə köhnə tikililərdən və keçmişdə çökmələrin baş verdiyi yollardan uzaq durmağı tövsiyə edib.

Zəlzələnin episentri Afinadan 80 kilometr aralıda Euboea adasında olub. Mənbənin dərinliyi 14,2 kilometrdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA