Saatlı rayon sakinində narkotik aşkarlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 3 qrama yaxın metamfetamin, 80 qram marixuana və şəhər ərazisində gizlətdiyi 4 kiloqrama yaxın marixuana götürülüb.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA