Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib ki, ABŞ Suriya və İraqdakı hədəflərə gecə hücumu çərçivəsində 30 dəqiqə ərzində 125-dən çox mərmi atıb.

“Bir sıra təyyarələr, o cümlədən ABŞ-ın B-1 bombardmançı təyyarələri əməliyyatda iştirak edərək 30 dəqiqə ərzində 125-dən çox dəqiq idarə olunan raket atıb”, - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ hazırda ölən və yaralananların sayı barədə danışmağa hazır deyil, lakin zərbələri uğurlu hesab edir.

Xatırladaq ki, yanvarın 28-də naməlum şəxslər İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə ilə zərbə endirib, nəticədə, 3 nəfər ölüb, daha 40 nəfər yaralanıb. Pentaqon tezliklə hücuma görə İranı günahlandırdı.

Bundan sonra Qərb mediası ABŞ-ın İran ordusunun hədəflərini vurmaq üçün hərbi əməliyyat keçirmək niyyətində olduğu barədə məlumatlar dərc etməyə başlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-ın Yaxın Şərqdə İranla əlaqəli hədəflərə zərbə endirmək niyyətini alqışlamır, çünki bu, Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər.

Fevralın 3-nə keçən gecə ABŞ ordusu Suriya ərazisinə zərbələr endirib. Bu, İordaniyadakı forpostu hücuma cavab idi.

E.ŞİRİNOV