Polşada iki aylıq uşağı ilə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb.

TEZADLAR.AZ xəbər verir ki,  bu barədə Polşanın "Gazeta Wyborcza" qəzeti məlumat yayıb.

Məlumata əsasən, onun cəsədi Oder çayında aşkarlanıb.

Körpənin hələ də tapılmadığı bildirilib.

Xatırladaq ki, 29 yaşlı Adilə Mehdiyeva ötən ilin dekabrında 17-də iki aylıq körpəsi ilə birgə Vroslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib.

trend