İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Chafi bildirib ki, ABŞ və Böyük Britaniyanın Yəməndəki husilərin mövqelərinə zərbələr endirməsi onların Yaxın Şərqdə gərginliyin yolverilməzliyi ilə bağlı bəyanatlarına ziddir.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “Mehr” agentliyi yayıb.

O, Tehranın Yəmənə hücumları ərazi bütövlüyü və suverenliyinin pozulması kimi qiymətləndirdiyini vurğulayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, hücumlar “beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Husilərə qarşı zərbələri davam etdirməklə London və Vaşinqton qlobal təhlükəsizliyi təhdid edir. Bu baxımdan, Nasser Kanani Chafi ABŞ və İngiltərənin öz əməllərinə görə cavab verməsini zəruri hesab edib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun Yəmənə növbəti zərbə endirdiyini, hücumun hədəfinin “Ənsar Allah” hərəkatının husi üsyançılarının qanadlı raketi olduğunu bildirmişdi.

Bundan əvvəl Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps ABŞ və Böyük Britaniyanın Yəmənə üçüncü birgə hücumlarının eskalasiya olmadığını və husi üsyançılarının hərəkətlərinə mütənasib cavab olduğunu bildirib.

​​​ E.ŞİRİNOV