Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) 97 pilotsuz təyyarəsini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Velikiy Vıselok, Luqansk Xalq Respublikasının Qolikovo, Beloqorivka, Zaporojye vilayətinin Tokmak, Novoe, Oçeretovatoye və Çistopolye yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 97 pilotsuz uçuş aparatını vurub”, - məlumatda deyilir.

Nazirlik qeyd edib ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 568 təyyarə, 265 helikopter, 11 775 pilotsuz uçuş aparatı, 462 zenit-raket kompleksi, 14 904 tank və digər zirehli döyüş texnikası, reaktiv yaylım atəşi sistemlərindən ibarət 1216 döyüş maşını, 7963 səhra artilleriya qurğusu və minaatan, o cümlədən düşmənin 18230 ədəd xüsusi hərbi texnikası məhv edilib.

​​​ E.ŞİRİNOV