İsrail “nəyin bahasına olursa-olsun” girovların azad edilməsinə razı olmayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu "Biz heç bir sövdələşməni və ya razılaşmanı nəyin bahasına olursa-olsun qəbul etməyəcəyik" deyib.

Onun sözlərinə görə, Təl-Əviv Qəzza zolağında israilliləri azad etmək üçün mütəmadi olaraq cəhdlər edir. Lakin mətbuatda İsrail hakimiyyətinin bu istiqamətdə atdığı addımlar barədə tez-tez yanlış məlumatlar verilir.

Xüsusilə, Netanyahunun kabineti Təl-Əvivin terrorçu hesab etdiyi fələstinlilərin həbsxanalardan ekstradisiyasına “sadəcə razı olmayacaq”.

İsrailin məlumatına görə, Qəzza zolağında 136 israilli məhbus var. BMT-nin İnsan Haqları Şurasının məlumatına görə, 2023-cü ilin yayında İsrail həbsxanalarında 160-ı uşaq olmaqla 5 min fələstinli saxlanılıb. Münaqişənin kəskinləşməsindən sonra bu rəqəm xeyli arta bilər.

İsraildə mütəmadi olaraq kütləvi mitinqlər keçirilir və burada hakimiyyətdən Qəzza zolağında saxlanılanların nəyin bahasına olursa-olsun azad edilməsi tələb olunur.

​​​ E.ŞİRİNOV