İrəvanın rayonlarından birində partlayış baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisayana istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə Erebunidə, Nor Areş küçəsi 34-də baş verib. İlkin məlumata görə, partlayış nəticəsində bir və ya iki ev uçub, iki nəfər dağıntılar altında qalıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

***

İrəvanda partlayış nəticəsində yaralanan iki nəfər dağıntılar altından çıxarılıb.

Bu barədə “24news.am” məlumat yayıb.

Xilasedicilər hər iki şəxsin huşunun yerində olduğunu bildiriblər. Xilas edilənlər yaşlı ata və onun 34 yaşlı oğludur. Dağıntılar altında bir qadın qalıb.

Partlayışın səbəbi hələlik məlum deyil. İlkin versiyaya görə, bu, qaz sızması ola bilər.

​​​​ E.ŞİRİNOV