İki deputat - Artem Trosnyanski və İvan Juşma Ukrayna Silahlı Qüvvələrinin LPR-də Lisiçanska hücumunun qurbanı olub.

Tezadlar.az xəbər verir ki, bu barədə şəhərin rəhbəri Eduard Saxnenko bildirib.

Onun sözlərinə görə, hücum zamanı onlar fevralın 3-də çörək sexinin və kafenin ərazisində olublar.

Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı Luqansk Xalq Respublikasının fövqəladə hallar naziri Aleksey Poteleşenko da həlak olub.

Fevralın 3-də Ukrayna Silahlı Qüvvələri HIMARS raketləri ilə LPR-nin Lisiçansk şəhərinə hücum edərək, çörək sexini vurub. Atışma nəticəsində biri uşaq və bir hamilə qadın olmaqla 28 nəfər həlak olub. Bölgədə həlak olanlar üçün matəm elan edilib.

İstintaq Komitəsi araşdırmaya başlayıb.

Kreml Ukrayna Silahlı Qüvvələrinin Lisiçanskda çörək sexinə hücumunu dəhşətli terror hücumu adlandırıb.

​​​​ E.ŞİRİNOV