İsrailin 2023-cü il oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatın qurbanlarının sayı 27,5 mini keçib.

Tezadlar.az xəbər verir ki, məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi təqdim edib.

"2023-cü il oktyabrın 7-dən indiyədək İsrailin Qəzzanı bombalaması və atəşə tutması nəticəsində 27 585 nəfər həlak olub", - Səhiyyə Nazirliyinin Əl-Cəzirə telekanalına istinadən verdiyi açıqlamada deyilir. Eyni müddət ərzində agentliyin məlumatına görə, 66 978 fələstinli yaralanıb.

Nazirlik təkcə son 24 saat ərzində Qəzzada İsrail qüvvələrinin hücumları nəticəsində 107 nəfərin öldüyünü, 143 nəfərin yaralandığını bildirib.

Xatırladaq ki, Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Fələstin anklavına, Livan və Suriyanın bəzi hissələrinə qarşı qisas almağa başladı. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzza zolağında yenidən hərbi əməliyyatlara gedəcəyini açıqlayıb. Fələstin Administrasiyası İsrailin yeni təcavüzündə ABŞ-ı günahlandırıb.

​E.ŞİRİNOV