Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 13-də Moskva vaxtı ilə saat 11:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - deyə onlar bildiriblər.
E.ŞİRİNOV