Bakıda sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli çalışdığı “Loğmed” klinikasında işdən çıxarılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə qafqazinfo-ya “Loğmed”dən məlumat verilib. Bildirilib ki, həkim sözügedən qalmaqaldan sonra klinikada işləmir.

Xatırladaq ki, İbrahim Əsədli bir müddət əvvəl iş yerində Aynur adlı sevgilisi ilə birlikdə həyat yoldaşı Aynur Əsədlini döyməkdə ittiham olunurdu. İddia olunur ki, fevralın 27-də İ. Əsədli sevgilisi ilə iş otağında olarkən həyat yoldaşı həkimin otağına gəlib. Bu vaxt onların arasında mübahisə yaranıb. Mübahisə “Loğmed” klinikasının həyətində də davam edib. Nəticədə Əsədli qeyri-rəsmi münasibətdə olduğu qadınla birlikdə həyat yoldaşına qarşı şiddət göstərib. Zərərçəkmiş A.Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

Hadisə nəticəsində xəsarət alan Aynur Əsədli də həkimdir. O, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.

***

Onu da da əlavə edək ki, A.Əsədli mətbuata açıqlamasında bildirib ki, həyat yoldaşı İbrahim Əsədlini onun iş yerində sevgilisi ilə birlikdə yaxalayıb:

“Ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onun o qadınla intim münasibətdə olduğunu gördüm. Qadın 1978-ci il təvəllüdlü, Quba rayon sakinidir. Bu qadından yoldaşım canını qurtara bilmir. Ona yoldaşım elə bizim məhəlləyə, bizim evə yaxın bir ev tutub. Yazışmalarını görmüşdüm.

İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. Bu zaman qadın yumruqla üstümə gəldi. Mən belə şey görməmişəm. Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu”, - deyə bildirib.

Baş verənlərdən sonra həkim-onkoloqla bağlı Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, İbrahim Novruz oğlu Əsədlinin sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA