Xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, onların İrəvanda görüşü barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə, o cümlədən sülh müqaviləsi üzrə müzakirələrə toxunublar”, - XİN-dən bildiriblər.

Mirzoyan Bonoya mövzu ilə bağlı son yenilikləri təqdim edib. O, əsas məsələlərlə bağlı İrəvanın mövqeyini göstərib. Ermənistanın xarici işlər naziri Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin, o cümlədən sülh müqaviləsinin vacibliyini qeyd edib. Bundan əlavə, tərəflər Ermənistan və ABŞ arasında siyasi dialoqun gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA