İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasından əvvəl ekipaj dördüncü mühərrikdə yanğın barədə məlumat vermişdi.

Tezadlar.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı yazır.

Kanalın mənbəsinin sözlərinə görə, pilotlar mühərrikdən çıxan bıçaqların sistemləri zədələdiyini bildiriblər. Bu səbəbdən təyyarə aerodroma çata bilməyib. Əgər rabitə xətləri zədələnməsəydi, İl-76 qalan üç mühərriki ilə uçuşunu davam etdirə bilərdi.

Xatırladaq ki, İl-76 təyyarəsi martın 12-də İvanovo vilayətində planlı uçuşu yerinə yetirərkən qəzaya uğrayıb. Ekipaj yanan təyyarəni yaşayış binalarından uzaqlaşdırıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, ilkin məlumatlara görə, təyyarənin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin yanması olub. Təyyarənin qəzaya uğramasının səbəblərini Rusiya Aerokosmik Qüvvələrinin Ali Komandanlığının komissiyası müəyyənləşdirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA