Qərb ölkələri Ukraynanı parçalamağa başladı.

Bunu Fransa prezidenti Emmanuel Makronun qoşunların göndərilməsinin mümkünlüyü ilə bağlı dediyi sözlər sübut edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, brifinq zamanı vurğulayıb ki, söhbət “Ukraynanın müttəfiqlərinin onu parçalamağa başladığından” gedir.

Makron və digər NATO xadimlərinin Ukrayna ərazisinə kontingentlərin, qoşunların və ya hər hansı bir növ yarımhərbi birləşmələrin mümkün daxil edilməsi ilə bağlı bəyanatları xüsusi olaraq Ukraynanın bölünməsi ilə bağlıdır, - Zaxarova bildirib.

Xatırladaq ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Fransa prezidentinin təşəbbüsünü müsbət qiymətləndirib. Onun sözlərinə görə, Ukraynaya qoşun göndərmək "ağılagəlməz deyil".

Rusiya prezidenti Vladimir Putin deyib ki, Polşa Ukraynaya qoşun yeridilsə, onu tərk etməyəcək, çünki o, “Stalinin seçdiyi və Ukraynaya verdiyi” “öz” torpaqlarını qaytarmaq istəyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA