Rusiya Federasiyasının prezident seçkilərində işləmək üçün 1,5 minə yaxın jurnalist akkreditasiyadan keçib, onların təxminən yarısı xaricidir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzində keçirilən görüşdə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.

“İnformasiya mərkəzində işləmək üçün 90 KİV-dən 1447 nümayəndə akkreditasiya olunub”, - Pamfilova bildirib.

Onun sözlərinə görə, akkreditə olunmuş medianın təxminən yarısı xaricidir.

“Ölkə üzrə saytlarda işləmək üçün 24 580 KİV-dən 12 645 nümayəndə akkreditasiya olunub”, - Pamfilova əlavə edib.

Xatırladaq ki, Federasiya Şurası Rusiya Federasiyasında prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün davam edəcəyinə qərar verib: 15, 16 və 17 mart.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA