İrəvan Avropa Parlamentinin Ermənistanın Aİ-yə üzv olmaq üçün namizəd statusu ala biləcəyi ilə bağlı qətnaməsini alqışlayır və Avropa strukturları ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Dünən Avropa Parlamenti Ermənistanın Avropa İttifaqı ilə daha sıx əlaqələrinə dair qətnamə qəbul edib. Qətnamə qəbul edilib ki, Ermənistan Aİ-yə üzv olmaq üçün namizəd olarsa, Avropa Parlamenti bu prosesə yardım etməlidir", - o deyib.

Paşinyan həmçinin “Ermənistan Respublikası hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək üçün siyasi iradəsini” açıqlayıb.

Bundan əvvəl həm Paşinyan, həm də Ermənistan hakimiyyətinin digər nümayəndələri Yerevanın Avropa İttifaqına üzv olmaq üçün namizəd ola biləcəyini istisna etmirdilər. Mətbuat konfransında hökumət başçısı həmçinin vurğulayıb ki, Aİ-yə namizədlik məsələsi xalq referendumunda həll olunmalıdır.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA