ABŞ-ın keçmiş lideri Donald Trampın nümayəndəsi Liz Harrinqton komandasından istefa verib.
Bu barədə “Newsweek” qəzeti eks-prezidentin seçki qərargahındakı mənbəyə istinadən xəbər verir.
“Liz Harrinqton Trampın baş mətbuat katibi vəzifəsindən təxminən dörd il sonra kampaniyanı rəsmən tərk edib”, – mənbə bildirib.
Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton gələcək prezident seçkilərində ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarlarının Rusiya prezidenti Vladimir Putinin xarici və daxili siyasətinə rəğbət bəslədiyini bildirib.
E.ŞİRİNOV