İndi Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün tarixi imkan yaranıb.

Tezadlar.az Azərbaycan XİN-in rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan və Türkiyənin xarici işlər nazirləri ilə doqquzuncu üçtərəfli görüşün yekunları üzrə deyib.

O, bildirib ki, bu şans Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra yaranıb. Xarici işlər naziri qeyd edib ki, Azərbaycan tərəfi müvafiq istiqamətdə addımlar atır.

C.Bayramov onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycanla ədalətli danışıqlar aparmağa təşviq etmək üçün müsbət addımlar atmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA